Maşın su kanalına aşdı - ÖLƏNLƏR VAR
    • 9-05-2019, 09:20
    • 981

Maşın su kanalına aşdı - ÖLƏNLƏR VAR

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sabirabad rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

News24.az nazirliyə istinadən xəbər verir ki, Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1980-ci il təvəllüdlü Nuhiyev Zamin Sahibəli oğlunun və 1955-ci il təvəllüdlü Nuhiyev Sahibəli Seyidəli oğlunun meyitini, müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.