Prezidentdən Saleh Məmmədova irad:
    • 29-10-2019, 11:15
    • 2 356

Prezidentdən Saleh Məmmədova irad: "Şişirtmə bu rəqəmləri" - VİDEO

Ötən gün prezident İlham Əliyev Qəbələdə Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun açılışında iştirak edib.  

News24.az
verir ki, açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədov ölkə başçısına görülmüş işlər barədə məlumat verib. Həmin vaxt prezident S.Məmmədova irad bildirib. 

Saleh Məmmədov investisiya proqramında nəzərdə tutulmuş Nic-Abrıx yolunun 18 km olduğunu bildirib. O, burada 40-a yaxın yaşayış məntəqəsinin olduğunu vurğulayıb. 

- Prezident İlham Əliyev: Qəbələ rayonunda cəmi 60 kənd var. Sən deyirsən 40-a yaxın?

- Saleh Məmmədov: Bağışlayın, üzr istəyirəm, cənab prezident.

- Prezident İlham Əliyev: Mən bilirəm axı, Qəbələdə 60 kənd var. Şişirtmə bu rəqəmləri.