-
- 5-03-2020, 21:14
- 817
“Kənd camaatı işləyir?”
Prezident İlham Əliyev martın 4-də Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
News24.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verərək deyib:
- Cənab Prezident, bu yol 16 yaşayış məntəqəsini əhatə etməklə 50 min əhaliyə xidmət edir. Siz bu yolu çəkdirməklə təkcə Tovuz camaatı üçün deyil, çox insan üçün savab iş görmüsünüz. Belə ki, burada - Haçaqaya deyilən yerdə bu zonada yaşayan insanların bir inanc yeri, piri var. Buraya heç vaxt yol olmayıb. Siz buraya yol çəkdirmisiniz, artıq Balakəndən, Azərbaycanın çox yerindən sakinlər, eləcə də Gürcüstan azərbaycanlıları buraya gəlirlər.
Prezident İlham Əliyev: Orada yaşayış məntəqəsi var, ya ancaq pirdir?
Saleh Məmmədov: Yaxınlıqda yoxdur, ancaq pirdir. Cənab Prezident, onu qeyd edim ki, Ağacqala kəndinin 400 sakini yüz illər idi Tovuz rayonunun mərkəzinə Gədəbəy və Şəmkir vasitəsilə gəlirdilər. Yol olmayıb. Bu yolun çəkilməsi ilə həmin 400 sakin Tovuz rayonunun mərkəzinə birbaşa gedə biləcək. Bu, çox əhəmiyyətli yoldur.
Prezident İlham Əliyev: Qovlardan Haçaqayaya qədər məsafə nə qədərdir?
Saleh Məmmədov: 24 kilometrdir. Bu yolun çəkilməsi nəticəsində insanlar maşınlarla Haçaqayaya qalxa bilirlər. Biz yolun 2 kilometrlik hissəsini dağı partlatmaq üsulu ilə çəkdik.
Prezident İlham Əliyev: Mənzərəli yerlərdir. Orada turizm inkişaf etdirilməlidir.
Saleh Məmmədov: Bəli, həmin hissə Tovuzun ən dağlıq əraziləridir. Əvvəllər torpaq və çınqıl əsaslı yol olub, indi asfalt-beton örtüklü yoldur. Cənab Prezident, Siz sərəncamlarınızla kənd yollarını şəhər yollarına çevirmisiniz.
Prezident İlham Əliyev: İndi kənd yolları elə bil magistral yollardır.
Saleh Məmmədov: Bəli, əhali də bunu görür və alqışlayır.
Prezident İlham Əliyev: Burada yolların böyük əksəriyyəti təmirlidir.
Saleh Məmmədov: 2020-ci il üçün Əyyublu yolu ilə bağlı Sərəncamınız var, cənab Prezident. Sizin sayəsində bu ərazilərdə çox gözəl yollar çəkilib. 2018-ci ildə imzaladığınız Sərəncama əsasən çəkilmiş 32 kilometrlik yol da tam təhvil verilib. Bu yol boyunca 8 min insan yaşayır. Baqqallı deyilən bir kənd var, orada şəfalı bulaq suları var. Bundan başqa, bizim qızıl mədəninə də yollar çəkilib, bu yollarla oraya xammal daşınır.
Prezident İlham Əliyev: Qızıl mədənləri indi istismar olunur?
İcra başçısı Məmməd Məmmədov: Bəli işləyir, orada çalışan insanlar çox yaxşı əməkhaqqı alırlar.
Prezident İlham Əliyev: Kənd camaatı işləyir? Hansı kəndlərdən?
İcra başçısı Məmməd Məmmədov: Qoşa kəndi. Ətraf kəndlərdən də gəlib işləyirlər. Bu da bizə çox böyük gəlir gətirir.
Saleh Məmmədov: Cənab Prezident, bu yollar çəkilənə qədər insanlar 50-100 il torpaq yollarla hərəkət ediblər. Bu gün isə Sizin sayənizdə belə abad yollar çəkilib.
Sonra Prezident İlham Əliyev Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.