-
- 29-10-2019, 13:56
- 940
Türkiyə Cümhuriyyətinin yaranmasından 96 il ötür
Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasından 96 il ötür.
News24.az xəbər verir ki, 1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal ediblər.
Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verib.
1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanıb.
Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başladılar.
1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilib.
Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatdı. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunub.
Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilib. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınıb. 1934-cü ildə TBMM Mustafa Kamala "Atatürk" soyadını verib.