MDB Müdafiə nazirləri ŞƏHİDLƏR XİYABANINDA - FOTO

MDB Müdafiə nazirləri ŞƏHİDLƏR XİYABANINDA - FOTO
SİYASƏT

30-10-2019, 10:10

Mətn ölçüsü

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçıları oktyabrın 30-da Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən iclas iştirakçılarına Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.