“ABŞ-ın qanun layihəsi müttəfiqlik ruhuna birbaşa ziddir” -Fəxrəddin Altun
    • 30-10-2019, 14:26
    • 813

“ABŞ-ın qanun layihəsi müttəfiqlik ruhuna birbaşa ziddir” -Fəxrəddin Altun

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, "Twitter" hesabında verdiyi şərhdə, ABŞ Nümayəndələr Palatasında “Sülh Çeşməsi” əməliyyatını əsas gətirilərək Türkiyəyə sanksiya tətbiqinə dair qanun layihəsinin və 1915-ci il hadisələrini “soyqırımı" olaraq tanıyan qanun layihəsinin qəbul edilməsinə etiraz etdi.

News24.az xəbər verir ki, “ABŞ Nümayəndələr Palatasının Türkiyəyə sanksiya tətbiq etməklə təhdid edən qanun layihəsi strateji müttəfiqlik ruhuna birbaşa ziddir” deyə bildirən Altun, layihənin ABŞ rəhbərliyi ilə Türkiyənin ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı hədəflədiyi bir zamana təsadüf etməsinin ABŞ hökumətinin daha bir siyasətinin pozulması olduğunu qeyd etdib.

Terror təşkilatını qorumaq üçün NATO müttəfiqinə sanksiya tətbiq etmək cəhdini strateji vizyonsuzluq və meydandakı reallıqlardan qopma kimi izah edən Altun bildirib ki, “Bu qanun layihəsi Türkiyənin terror təşkilatları ilə mübarizəsində qərarlılığına mane ola bilməz, sadəcə ikitərəfli əlaqələrimizin gələcəyini təhdid altına ala bilər və bu əlaqələrə zərər verə bilər. Əlaqələrimizə zərər verə biləcək bu cəhdlərin, mövcud ikitərəfli iş birliyimizin bir çox sahəsində uzun müddətli mənfi nəticələri olacaq. Bütün beynəlxalq platformalarda qanuni olaraq təhlükəsizliklə bağlı narahatlığımızı dilə gətirməyə, beynəlxalq təhlükəsizlik və regionumuzda sülh üçün terrorun bütün formalarına qarşı mübarizə aparmağa davam edəcəyik”.

“Bu Regionda Yüz İllərdir Birlikdə Yaşayırıq”

Altun, ABŞ Nümayəndələr Palatasında 1915-ci il hadisələrini “soyqırımı” olaraq tanıyan qanun layihəsinin qəbul edilməsi ilə bağlı isə səsverməyə çıxarılan qanun layihəsinin ABŞ-Türkiyə əlaqələrinə dəyər verən hər kəs üçün narahatlıq verici bir vəziyyət olduğunu bildirib.

Fəxrəddin Altun, qanun layihəsinin lehinə səs verənlərin təlatümlü bir bölgədə strateji baxımdan kritik əlaqələrin pozulmasına görə cavabdeh olacağını vurğulayıb: “Prezident Ərdoğan erməni icmasına başsağlığı vermiş və kədərləndiyini bildirmişdi. Həmçinin birinci dünya müharibəsində baş verənləri araşdırmaq üçün tarixi komissiya qurmaq arzusunu da dilə gətirmişdi. Siyasi məqsədlər üçün tarixin siyasiləşdirilməsi yolverilməzdir. Erməni qardaşlarımıza tarixlərini daxili siyasi hesabların alətinə çevirməmələri çağırışı edirik. Bu bölgədə yüz illərdir birlikdə yaşayırıq. Tarix bizə bölgəmizə halhazırda olduqca böyük ağrılar yaşadan xarici qüvvələrin müdaxilələrinin münasibətlərimizə fayda verməyəcəyini öyrədib.

Erməni qanun layihəsi bağlayıcılığı olmayan bir qətnamədir. Senatda da qəbul olunarsa ABŞ Konqresinin qondarma “erməni soyqırımını” tanıdığını göstərən tövsiyyə xarakterli bir qərar olacaq".

Bir qanun layihəsi olan “Türkiyəyə sanksiyalar” layihəsi isə eyni şəkildə senatdan da keçərsə və ABŞ Prezidenti Donald Trump tərəfindən imzalanarsa qanuniləşəcək.