-
- 31-10-2019, 13:02
- 2 196
Murad Dadaşov: "Deyirlər, sən getsən, işdən çıxacağıq" - VİDEO
Xalq artisti Murad Dadaşov "Maşın şou"dan ayrılır.
Bu barədə Murad Dadaşov News24.az-ın suallarını cavablandırarkən bildirib.
- Düşünürəm, "Maşın" şoudaki iştirakim artıq bitib. Mən əslində, kadrarxası adamam, yaxşı prodüsserəm. Bəlkə də, yaxşı aparıcıyam, amma ondan da yaxşı prodüsserəm. "Maşın"da kadrarxasında qalsaydım, daha da maraqlı və rəngarəng görüntülər ortaya çıxardı. Sadəcə, çatdırmıram.
- "Maşın"dan sonra izləyicilərinizi itirməkdən qorxmursuz?
- Hər bir valideynin uğuru övladının uğurudur. İnsan nə qədər uğur qazansa da, övladınıı inkişaf etdirmirsə, böyütmürsə, o zaman onun valideynliyi şübhə altındadır. Hesab edirəm ki, estafeti ötürdüyüm layihəm məndən sonra daha da uğurlu olmalıdır. Aparıcı da məni ötməlidir. Nə var məndən gözəl olmağa? Bir az hündürboy, arıq, sarışın oldu, vəssalam. Özümü yaraşıqlı biri hesab etmirəm, kadrda bəyənmirəm. Gözəllik müsabiqəsinə çıxan deyiləm ki, deyim ki, bir az da məni tərifləyin. Sadəcə, istəyirəm ki, daha yaxşı uşaqlarıı ortaya çıxarım. Aparıcılıq üçün üç namizədimiz var. Amma komandamızda bəzi işçilərimiz onlarla çalışmağı istəmir. Hətta vəziyyət o dərəcəyə gəlib ki, işçilər yeni aparıcıya görə işdən çıxmağı istəyirlər. Onlara başa salıram ki, siz onunla yox, yenə də, mənimlə çalışacaqsınız. Mən ancaq çəkiliş meydançasında aparıcıyam və hamının sözünə qulaq asıram. Baxmayaraq ki, şirkətin sahibiyəm. .
- İndiyə qədər "18 sürət" və 18 qalib olub. Bəlkə, "Maşın" şounun növbəti sürətini elə 18 qaliblə edəsiniz?
- Alınmaz. Onsuz da hər kəs deyir ki, bu şouda ədalətsizlik var. İndi siz təsəvvür edin ki, maşınalanlar yenidən avtomobil qazanırlar. Gör, onda nələr deyilər. Əslində maraqlı ideyadır, amma onlar artıq qalib olublar ona görə də yenilərə yol vermək lazımdır.
- Murad Dadaşov "Maşın"dan sonra harda olacaq?
- Dediyim kimi, istəyirəm "Maşın" realiti şousundaki fəaliyyətimi dayandırıb, dondurum. Ən azından müəyyən müddətlik. Yeni layihələr gerçəkləşdirəcəm. Onlar hansı layihələr olacaq, bu haqda onları reallaşdıranda danışacam.
- Bir neçə gün öncə "Şto gde koqda" verilişində göründünüz ,amma sanki kölgədə qaldınız...
- Yox kölgədə qalmadım. Sadəcə, Moskvadan gələn dostlarımız çox idi, orda da ancaq altı nəfər otura bilərdi. Əslində, komdandaydım, amma Oleq gəldiyinə görə yerimi sevə-sevə ona verdim. Əsas odur ki, komanda qalib gəlsin. Önəmli olan orda iştirak idi. Mən də iştirak elədim və bir vacib xəbəri uşaqlara mən çatdırdım.
Qeyd edək ki, ötən gün "Maşın" şounun "18-ci sürəti"nin qalibi aparıcı Suna Kasımoğluya avtomobilinin açarı təqdim olunub.
Sevda Bayramova
Video - FOTO: Fərid Şabanov