-
- 19-08-2019, 11:27
- 1 267
Murad Dadaşov: "Günün sonunda yataqda bir sən qalırsan, bir də..." - VİDEO
“Deyə bilmərəm ki, mən ənənəvi dindar insanam. Amma, mən həqiqətən də dərindən inanan insanam”
News24.az xəbər verir ki, bu sözləri “Ağ-qara” verilişinə qonaq olan xalq artisti Murad Dadaşov deyib.
Şoumen hər bir dinin nümayəndəsinə dərin hörmətlə yanaşdığını vurğulayıb: “Hesab edirəm ki, insanın Allahla münasibəti intim məsələdir. Kimin hansı dinə mənsub olması və bu kimi fikirlər çox dərin suallardır. Mən ümumiyyətlə kimin hansı təriqətin tərəfdarı olmasını soruşmuram. Amma hansı gün olursa olsun, günün sonunda yataqda, yastığın üzərində bir sən qalırsan, bir də göydəki Allah. Mən çalışıram ki, o anda rahat yatım”.
M.Dadaşov dünyada pisliklərin olmasına da münasibət bildirib:
“Biz özümüz sona qədər nə yaxşı, nə də pisik. Kimin üçünsə yaxşıyıq, kimin üçünsə o qədər də yox. Həyat özü özlüyündə belədir. Hər zaman düşünürəm ki, əgər biz, yaxşının nə olduğunu başa düşürüksə, niyə görə bu dünyada pislik var? Çünki kimi dinləsən, hamı deyəcək ki, mən bilirəm yaxşı nədir, pis nədir. Elə bir insan tanımıram ki, ortaya çıxıb desin ki, mən pis insanam, olduqca pis insanam və məndən pis insan yoxdur bu dünyada”.