-
- 24-12-2018, 13:14
- 1 421
Nazilə Səfərli "Maşın Şou" haqda ilk açıqlamasını verdi
Teleaparıcı Xəyalə Quliyeva tərəfindən ötən gün "Maşın" realiti-şousundan uzaqlaşdırılan şairə Nazilə Səfərli ilk açıqlamasını verib.
O, həm özü, həm də şou barədə səsləndirilən bəzi fikirlərə aydınlıq gətirib:
"Mən o yarışmaya qatılanda demişdim ki, ən yaxşı halda beş gün qalacağam və gedəcəyəm. Sadəcə, ordakılar da gördü ki, yaxşı taktikam var və məni ruhlandırdıqları üçün qaldım. Düzdür, bir ara şayiə gəzdi ki, guya əlimi maşından götürmüşəm. Əsla belə deyildi. Sadəcə, mənə "əlini maşına qoy" deyən olmamışdı. Səs toplayıb günün qalibi oldum və heç kimi uzaqlaşdırmadım. Geri qayıdıb gözləyirdim. Dedilər ki, əlini maşına qoya bilərsən. Mən də həmin startı gözləyirdim".
N.Səfərli şounun müəllifi və aparıcısı Murad Dadaşov barədə isə bunları deyib:
"Saxtakarlıqdan ümumiyyətlə söhbət gedə bilməz. Murad Dadaşov kimi bir insanı tanımağıma çox xoşbəxtəm. Mən onu bu qədər bilmirdim. Şoumen və xalq artisti kimi tanıyırdım, bu qədər gözəl xarakterə sahib olduğunu isə şounun gedişatında kəşf etdim. Və onun bütün komandasını tanımağıma çox xoşbəxtəm".
Nazilə Səfərli şoudan uzaqlaşdırılmasına münasibət bildirərkən Xose Bernardo barədə tənqidi fikirlər səsləndirib:
"Gəldiyimiz gündən hər kəs mənimlə və Sərxanla mübarizə apardı. Bizdən başqa hədəf yox idi, oynaya bilmirdilər. Onlar elə düşünürdülər ki, axıra qalsalar, maşın onların olacaq. Təki olsun. Maşın kimə layiqdirsə, onun da olsun. Xəyalənin məni çıxartmağına gəlincə, əlimi götürəndə o, "səni çıxardıram" deməmişdi. Ondan bir gün öncə də Sərxan Kərəmoğlu bir neçə insanın, həmçinin Xəyalənin adını çəkdi və ağıla gəlməyən bir insanı uzaqlaşdırdı. Bir az səbr etsəydim, Xəyalə fikrini dəyişəcəkdi. Murad müəllim də orda mənə dedi ki, sən niyə tələsdin? Amma məsələ burasındadır ki, mən minnət götürə bilmirəm. Həm də Xəyalənin maşına çox ehtiyacı var. O insan nə etməliydi? Açıq oynaya bilməzdi axı. Məni də düzgün başa düşün. Bəzən yazırlar ki, Xəyalə Naziləni yola saldı. Orada təkcə Xosedə sünilik vardı və o, şouda Ramil Nabranın əlaltısı oldu. Mən onu həzm edə bilmədim. Xəyalə, sən məni Xosenin əliylə necə çıxardarsan? Bax, o mənə yer elədi. Xəyalənin özündən də çox razıyam. Məni ismətli, həyalı, qabiliyətli bir xanım çıxarıb. Məni hansısa nataraz insan uzaqlaşdırsaydı, biabır olardım. Yaxşı ki məni taraz insan çıxardı və "motalpapaq" olmadım.Hamı da gördü ki, necə oyunçuyam. Dostlarımı sevənlərimi tanıdım, özümü təqdim etməyi bacardım. Orada aşırı dərəcədə sevgi qazandım".
Qeyd edək ki, "Maşın” realiti-şousunun 17-ci sürətinin 11-ci buraxılışında teleaparıcı Xəyalə Quliyeva 85,63% səs toplayaraq, şoudan Nazilə Səfərlini uzaqlaşdırıb.
//OlkeAz