Ombudsman:
    • 31-10-2019, 13:34
    • 565

Ombudsman: "Azərbaycanda yaşayan on minlərlə erməninin.."

"Azərbaycanda dinin dövlətdən ayrı olduğu, bütün dini etiqadların qanun çərçivəsində bərabər olduğu qanunvericilikdə qeyd edilib. Ümumilli lider Heydər Əliyev ölkəmizdə yaşayan azsaylı xalqların, müxtəlif dinlərin nümayəndələrinin hüquq və bərabərliyinə xüsusi diqqət yetirib. Onun siyasəti məhz bu prinsiplər üzərində qurulmuşdu". 

News24.az xəbər verir ki, bunu   Din və İnsan Hüquqları" mövzusunda keçirilən konfransda çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bildirib. Onun sözlərinə görə, Din və Tolerant ideyaların əsl məskəni olan Azərbaycan həm tolerantlıq, həm də multikulturalizm sahəsində bütün dünya ölkələri üçün bir nümunə, örnək olub. Bu yalnız nəzəriyyəyə deyil, həyatda da gerçəkləşdirilən siyasətdir:" 30 il davam edən erməni təcavüzü nəticəsində tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistanda 100 minlərlə azərbaycanlıdan bir nəfər də olsun qalmayıb.

Azərbaycanlılar  Ermənistanın mono-etnik dövlət yaratması, etnik təmizləmə siyasəti nəticəsində kütləvi deportasiyaya məruz qalıblar. Buna baxmayaraq, bu gün də Azərbaycan ölkəmizdə  yaşayan on minlərlə erməninin hüquqlarına  hörmətlə yanaşır, onların hüquqlarının qorunmasını təmin edir. Ombudsman Aparatına fəaliyyət göstərdiyi dövrdə müxtəlif məzmunlu şikayətlər edilsə də, məhz dini zəmində təqib olunma, yaxud dini etnik azadlığın pozulması halları ilə bağlı bir dənə də şikayət qəbul edilməyib. Təəssüflər olsun ki, bəzi dövlətlər dindən istifadə edərək siyasi manipulyasiyalara yol verirlər və kütləvi şəkildə beynəlxalq insan hüquqlarını pozaraq  insan hüquqlarını pozaraq ksenofobiyaya, qəddarlığa yol verir. Dinc əhaliyə qarşı qırğınlar törədirlər. Bu baxımdan din həm dövlət daxilində, həm də dövlətlərarası münasibətdə dağıdıcı alət kimi istifadə edilə bilər. Əslində isə din xalqlar arasında sülh yaradan qüvvədir və bunlar arasında körpü rolunu oynayır".

Afaq Mirayiq