"Bakalavr və magistr təhsili arasında uyğunluq olmalıdır" CEYHUN BAYAMOV
    • 31-10-2019, 13:49
    • 704

"Bakalavr və magistr təhsili arasında uyğunluq olmalıdır" CEYHUN BAYAMOV

"Azərbaycan qanunvericiliyinə əsasən bakalavr təhsili ilə magistr təhsili arasında uyğunluq olmalıdır".

News24.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov xaricdə magistr təhsili alan bəzi tələbələrin diplomlarının Azərbaycanda tanınmaması və onların doktorantura səviyyəsi üzrə imtahan verə bilməməsinə münasibət bildərərkən deyib. 

O, qeyd edib ki, magistr təhsili bakalavr təhsilinin davamını təşkil edir:" Ona görə mövcud olan Azərbaycan qanunvericiliyində belə bir tələb mövcuddur. Eyni zamanda, bakalavr və magistr təhsilləri arasında olan keçidlər, ixtisasların bir-birinə oxşarlığı tam olaraq onun davamı olmasa da, ancaq nisbətən yaxın ixtisasların genişləndirilməsi istiqamətində hazırda Təhsil Nazirliyində işçi qrupu səviyyəsində işlər aparılır. O işlər yekunlaşdıqda bununla bağlı təkliflərimiz hökumətə təqdim ediləcək".

Afaq Mirayiq