AQTA Türkiyədə oxuyan tələbələrin təhsil haqqını ÖDƏYƏCƏK
    • 15-07-2019, 15:29
    • 824

AQTA Türkiyədə oxuyan tələbələrin təhsil haqqını ÖDƏYƏCƏK

Qida Təhlükəsizliyi Agentliyi magistr təhsili almaq üçün Türkiyə universitetlərinə qəbul olunmuş şəxslərin təhsil haqqı və digər xərclərini ödəyəcək.

 AQTA-dan  News24.az-a verilən məlumta görə,agentlik baytarlıq, aqronomluq və qida məhsulları mühəndisliyi ixtisasları üzrə magistr təhsili almaq üçün Türkiyənin ali təhsil müəssisələrinə qəbul olunmuş namizədləri müsahibəyə dəvət edir.

Müsahibə nəticəsində seçilən şəxslərlə müqavilə imzalanacaq və namizədin təhsil, o cümlədən digər xərcləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ödəniləcək.

Müsahibədə iştirak etmək istəyənlər iyul ayının 15-dən avqust ayının 15-dək öz şəxsi məlumatlarını [email protected] elektron ünvanına göndərə bilərlər.