"Əgər bir də Kərimdən neqativ hərəkət görsəm..." - NAZİMDƏN SƏRT CAVAB - VİDEO
    • 1-11-2019, 16:30
    • 838

"Əgər bir də Kərimdən neqativ hərəkət görsəm..." - NAZİMDƏN SƏRT CAVAB - VİDEO

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyari həmkarı Kərim Abasov ilə aralarındaki qalmaqaldan danışıb.

News24.az xəbər verir ki, Nazim Kərimi özünə rəqib görmədiyini söyləyib: "Davadan sonra yumruq atmağın mənası yoxdur. Bu, sadəcə bir oyun idi. İstəmirəm bu gün onunla ədavət aparım. Çünki bizə yaraşmaz. İkimiz də bu xalqın, vətənin övladlarıyıq, eyni sahənin nümayəndələriyik. Gərək, biz rəqabətimizi işimizdə aparaq, səviyyəli iş təqdim edək. Kərimi özümə rəqib görmürəm. Buna bir daha baş qoşmaq istəmərəm. Əgər bir daha Kərim tərəfindən özümə münasibətdə neqativ hərəkət görsəm, sadəcə susaram. Aramızda yaş fərqi var. İstəmirəm cılızlaşım".

Sevda Bayramova
VİDEO: Fərid Şabanov