"Maşın" şouda şəxsi həyatı dilə-dişə düşən Ayan:
    • 1-11-2019, 22:10
    • 1 059

"Maşın" şouda şəxsi həyatı dilə-dişə düşən Ayan: "Məni daha çox sevdiyinin şahidi oldum"

Müğənni Ayan Babakişiyeva “Maşın” şouda həmkarı Fuad Musayevin onu şəxsi həyatı ilə “vur”masına münasibət bildirib. 

News24.az xəbər verir ki, ifaçı qeyd edib ki, F. Musayevlə əlaqə saxlamır: “Onunla münasibətimiz əvvəl necə idisə, indi də elədir. Heç vaxt şəxsi həyatımla gündəmə gəlmək istəməmişəm. Əgər bir insan öz ayağı üzərində durursa, deməli, güclüdür. Şoudan sonra insanların məni daha çox sevdiyinin şahidi oldum. Xüsusilə qadınlar tərəfimi saxladılar”.

/Musavat.com/