Toy yasa çevrildi iki nəfər bıçaqlandı
    • 2-11-2019, 00:03
    • 1 039

Toy yasa çevrildi iki nəfər bıçaqlandı

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.  

News24.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.  

"Bənövşə” şadlıq sarayında keçirilən toy məclisində yaranan mübahisə zamanı iki nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu bıçaqlanıb.  

Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.