Azərbaycanda dəhşətli qəza - 4 ÖLÜ
    • 2-11-2019, 10:09
    • 575

Azərbaycanda dəhşətli qəza - 4 ÖLÜ

Xızı rayonu ərazisində dəhşətli yol qəzası baş verib. 

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, “Mercedes” və “Lada” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğrayan “Mercedes” markalı avtomobildən 1 nəfərin , “Lada”  markalı avtomobildən isə 3 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) çıxararaq aidiyyəti üzrə təhvil veriblər.