Bakıda avtomobil oğrusu ƏLƏ KEÇDİ
    • 2-11-2019, 12:52
    • 629

Bakıda avtomobil oğrusu ƏLƏ KEÇDİ

Noyabrın 1-nə keçən gecə paytaxtın Moskva prospektindən Bakı şəhər sakini O.İsmayılova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil A.Mustafayev küçəsində qabaq sağ şüşəsi sınmış vəziyyətdə tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 1-nə keçən gecə Y.Vəzirov və N.Məlikov küçələrində “Range Rover” markalı avtomobildən videoqeydiyyat qurğusu, “KİA” markalı avtomobildən içərisində 700 manat olan pulqabı və “Ford” markalı avtomobildən 2 ədəd çanta oğurlaması da müəyyən edilib. Nəsimi RPİ-də araşdırma parılır.