Binəqədidə 4 cinayətin ÜSTÜ AÇILDI
    • 7-12-2019, 17:12
    • 820

Binəqədidə 4 cinayətin ÜSTÜ AÇILDI

Binəqədi rayonunda bir neçə cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News.24-a verilən məlumata görə, 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-dən 4-dək olan müddətdə Binəqədi rayon ərazisində 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Q.Yusifov saxlanılıb.

Bundan başqa, 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-də Bakı şəhər sakini E.Cəfərova məxsus “Hyundai” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş B.Quliyev saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha iki avtomobildən də akkumulyator oğurlaması müəyyən edilib.