Güclü külək zamanı başına dam örtüyü düşdü
    • 3-11-2019, 01:30
    • 697

Güclü külək zamanı başına dam örtüyü düşdü

Bakının Nərimanov rayonunda bədbəxt hadisə zamanı 1 nəfər ağır xəsarət alıb.

News24.az verir ki, hadisə Təbriz küçəsində baş verib.

1996-cı il təvəllüdlü Ağayev Fikrət Allahverdi oğlu marketə girmək istəyən zaman onun üzərinə dam örtüyü düşüb. F.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.