Abşeron rayonunda - BƏDBƏXT HADİSƏ

Abşeron rayonunda - BƏDBƏXT HADİSƏ Hadisə
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə rayonun “At yalı” adlanan yaşayış massivində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Orucov Zakir Həsən oğlu tikintidə işləyərkən hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə daxili qanaxma və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.