Toydan çıxıb rayona gedirdilər Qobustandakı qəzanın təfərrüatı
    • 3-11-2019, 11:51
    • 769

Toydan çıxıb rayona gedirdilər Qobustandakı qəzanın təfərrüatı

Qobustanda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti bəlli olub.
News24.az xəbər verir ki, xəsarət alanların sözlərinə görə, gecə saat 12 radələrində Bakıda keçirilən toy mərasimindən çıxaraq, Balakən rayonuna getmək üçün yola düşüblər. Onları daşıyan "Mercedes Vito" markalı mikroavtobus Qobustan rayonu ərazisində dairəyə dəyərək aşıb.
Qəza nəticəsində sürücü,​ Balakən rayon​ sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papaxov Paşa Şəhmir oğlu hadisə yerində dünyasını dəyişib.
Avtomobildə sərnişin qismində olaraq xəsarət alanlar, Balakən rayon sakinləri - 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu , 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğludur.