-
- 26-08-2018, 15:34
- 978
Xərçəngdən vəfat edən senatordan Trampa - QADAĞA
Son bir ildə beyin xərçəngindən əziyyət çəkdikdən sonra dünən axşam 82 yaşında vəfat edən amerikalı senator Con Makkeynin dəfn mərasiminə prezident Donald Tramp dəvət edilməyəcək.
Bu barədə Makkeynin 1 ay öncə vəsiyyət etdiyi və ailəsinin də buna riayət edəcəyi bildirilib.
Sabiq prezident Barak Obama isə dəfn mərasiminə dəvət ediləcək.
Trump isə sadəcə başsağlığı verməklə kifayətlənib:
“Senator Makkeynin ailəsinə başsağlığı verirəm və ehtiramımı bildirirəm. Qəlblərimiz və dualarımız səninlədir!”
Sabiq prezidentlər Barak Obama, Corc Buş və Bill Klinton da başsağlığı veriblər.
Qeyd edək ki, Makkeyn 2000-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olub, lakin ilkin seçkilərdə qubernator Corc Buşa uduzub və Buş ABŞ Prezidenti seçilib.
2008-ci ildə Makkeyn Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olub, lakin demokrat Barak Obamaya uduzub. Son üç ildə Makkeyn Donald Trampın ən qatı tənqidçilərindən biri olub.
//Qafqazinfo.az