Donald Tramp yenidən prezident seçilmək üçün 106 milyon dollar topladı
    • 16-10-2018, 18:20
    • 874

Donald Tramp yenidən prezident seçilmək üçün 106 milyon dollar topladı

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə yenidən bu posta seçilmək üçün cari ilin iyul-avqust aylarında 18 milyon dollar toplayıb.

Bu barədə Federal Seçki Komissiyası məlumat yayıb.

Seçkinin keçirilməsi kampaniyası üzrə Komitə Respublikaçılar Partiyasının Milli Komitəsi ilə birlikdə ümumilikdə 106 milyon dollardan çox maliyyə vəsaiti toplayıb. İanəçilərin 98 faizi D.Trampa 200 dollardan çox pul veriblər.

Məlumata görə, ABŞ-ın keçmiş prezidenti Barak Obama yenidən seçilmək üçün prezidentliyinin 3-cü ilində vəsait toplamağa başlayıb. Donald Tramp isə 1 il 9 aydır Ağ evə başçılıq edir.