-
- 8-09-2018, 13:30
- 915
Obama yenidən siyasətə qayıdır
ABŞ-ın sabiq prezidenti Barak Obama böyük siyasətə qayıdacağını bəyan edib. O, artıq sentyabrın 7-də Demokrat Partiyasında olan namizədlərin seçkiöncəsi dəstək kampaniyasında iştirak edib.
Obama 2017-ci ilin yanvarın 1-dən prezident kürsüsündən getdiyi andan siyasi fəaliyyətini dayandırıb.
“Amerikanın səsi” radiosunun verdiyi xəbərə görə, Obama sentyabrın 7-də Urbane-Şampeynedə İllinoyski Universitetində seçicilər qarşısnda çıxış edib.
Bu, sabiq prezidentin Demokrat Partiyasından ABŞ Konqresinə aralıq seçkidə iştirak edəcək namizədlərin dəstək kampaniyasında iştirak etməklə böyük siyasətdə ilk addımını atıb.
Qeyd edək ki, seçkilər noyabrdə olacaq. Obama İllinoysk Universitetindən sonra Kaliforniyanın cənubunda baş tutacaq siyasi tədbirə qatılacaq. O, burada Konqresinin Nümayəndələr Palatasına demokratlardan 7 namizədi dəstəkləyəcək. Bu namizədlərin hamısı həmin dairədən özlərini sınayacaq. Çünki ənənəvi olaraq buradan respublikaçılar qalib gəlib. Lakin iki il öncə bu dairənin seçiciləri prezident seçkiləri zamanı demokratların namizədi olan Hillari Klintonu dəstəkləyib.
Obama Kaliforniyadan sonra növbəti həftə Ohayo ştatına gedəcək və orada Riçard Kordreyanın namizədliyini dəstəkləyici çıxış edəcək. Kordrey ştatın qubernatoru postuna iddia edir. Bu şəxs zamanında Barak Obama administrasiyasının əməkdaşı olub. Obama sentyabrın ortalarında yenidən İllinoysa dönəcək və burada Pensilvaniya seçiciləri qarşısında çıxış edəcək.
Bu, demokratlar üçün əsas ştatlardan biridir. Onlar buradan Konqresin aşağı palatasına 23 yer qazanmağı düşünürlər. Bu ştatda əldə edə biləcəkləri uğur nəticəsində Nümayəndələr Palatasında çoxluğu qazanmaq istəyirlər.
Avropa.info