Bu ərazilərdə SU OLMAYACAQ
    • 4-11-2019, 10:49
    • 526

Bu ərazilərdə SU OLMAYACAQ

Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 4 noyabr 2019-cu il tarixində Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən News24.az-a verilən məlumata görə, su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.