-
- 5-11-2019, 10:28
- 824
Fəxrəddin Altun: “Türkiyənin terrorla mübarizəsi sürətlə davam edir”
"Türkiyənin ideologiyasından və mənşəyindən asılı olmayaraq terrorla mübarizəsi sürətlə davam edir. Əl-Bağdadinin bacısının həbsi antiterror əməliyyatlarımızın uğurunun daha bir nümunəsidir".
News24.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib: "Xalqımızı qorxutmaq və regionumuzda sabitliyi pozmaq istəyənlərə ədalət gətirmək əzmimiz şübhə altına alına bilməz. DAEŞ-ə qarşı qətiyyətimizi şübhə altına almaq üçün Türkiyəyə qarşı təbliğat kampaniyası aparılıb. Terrorizmin bütün formalarına qarşı mübarizədə lider olmuşuq. Həmfikir tərəfdaşlarla güclü antiterror əməkdaşlığımız heç vaxt şübhə altına alına bilməz”.