-
- 25-10-2019, 16:42
- 719
“Separatçı terror təşkilatının dövlətcik layihəsi tarix olub”
“Terrorla mübarizəmiz dost və müttəfiq ölkələrin əməkdaşlığı ilə davam etdirilərək başa çatdırılacaq. Separatçı terror təşkilatının dövlətcik layihəsi tarix olub”.
News24.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bu sözləri Rusiya ilə əldə olunan razılığa dair fikirlərini bölüşərkən bildirib: “Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi sayəsində tarixi diplomatik uğur əldə edilmişdir. Terrorla mübarizəmiz, dost və müttəfiq ölkələrin əməkdaşlığı ilə davam etdirilərək başa çatdırılacaq. Separatçı terror təşkilatının dövlətcik layihəsi tarix olub”.
Altun ABŞ və Rusiya ilə əldə olunan anlaşmalar və terrorizmlə mübarizə məsələlərindən də danışıb: “Türkiyənin ABŞ və Rusiya ilə əldə etdiyi son razılıqlar Suriyanın sülh və sabitliyi üçün birmənalı olaraq müsbət nəticələrə malikdir. Türkiyə terrorizm və ekstremizmə qarşı əhəmiyyətli bir NATO üzvü və sipərdir. Suriya məsələsindəki mövqeyimizi bölüşən bütün ortaqlarla birlikdə çalışacağıq. Bu tətbiq açar rolunu oynayır; Dostlarımız və müttəfiqlərimizlə razılıq şərtlərinin meydanda əks olunmasını təmin etmək üçün çalışacağıq. Türkiyə terrorun bütün növ və təzahürləri ilə mübarizə məsələsində qətiyyətini davam etdirir. PKK/YPG terrorçularının Suriyanın şimalında xaosu qızışdırmaq üçün sərbəst buraxdığı DAEŞ terrorçularını Suriyalı tərəfdaşlarımızla birlikdə tutub həbs etməyə davam edəcəyik”.