-
- 5-11-2019, 12:59
- 1 897
Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslar YENİLƏNƏCƏK
Gələn ildən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan və Bakı-Masazır istiqamətlərdəki marşrut xətlərində həm avtobus parkının yenilənməsi, həm də marşrut xətlərinin artırılması ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən tədbirlər görüləcək.
News24.az xəbər verir ki, bunu DANX-ın mətbuat katibi Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, qeyd olunan istiqamətlər üzrə hərəkət edən avtobusların pik saatda çatışmazlığına dair daxil olan sərnişinlərin iradlarını nəzərə alaraq, bu istiqamətlərdə hərəkət edən avtobusların sayı artırılacaq.
“Tıxacların aradan qaldırılması, eyni zamanda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə aidiyyəti qurumlar tərəfindən layihələr və təkliflər hazırlanır. Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq biz öz növbəmizdə son 3 aya yaxın qeyd olunan istiqamətlər üzrə monitorinqlər apardıq. Məlum oldu ki, tıxac səbəbindən avtobuslar ya eyni vaxtda tıxacda olur, ya da eyni vaxtda mənzil başına çatır. Əsas şikayətlər Sumqayıtdan, Masazırdan və Xırdalandan Bakı istiqamətinə hərəkət edən marşrutlarla bağlı idi. Elə kiçik qəsəbələr var ki, onlar üçün 3 marşrut xətti mövcuddur. Lakin məskunlaşmağın artımı nəzərə alaraq, avtobusların sayının artırmasına ehtiyac var. Məhz buna görə gələn ildən etibarən 525 saylı marşrut xəttində 20-yə yaxın, istismar müddəti 10 ildən aşağı olan avtobuslar buraxılacaq”, - deyə N. Allahyarova qeyd edib. /APA-Economics/