USD 1.7
EUR 1.858
TRY 0.2502
RUB 0.0238
  • Bakı 26°C
  • ŞUŞA 19°C
  • GƏNCƏ 22°C
  • LƏNKƏRAN 25°C
  • ŞƏKİ 25°C
  • QUBA 22°C
  • NAXÇIVAN 27°C

Bu gün milli televiziya və radio günüdür

MƏDƏNİYYƏT

Mətn ölçüsü

Bu gün Azərbaycan televiziyasının 63 və radiosunun 93 yaşı tamam olur.

News24.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, 4 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin, Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanılıb.

Xəbəri paylaş: