Kompüter ÖLÜMƏ SƏBƏB OLDU
    • 6-11-2019, 12:29
    • 583

Kompüter ÖLÜMƏ SƏBƏB OLDU

17 yaşlı oğlan gecə kompüter oyunu oynayıb və ölüb.

News24.az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə Tailandın Udon Thani şəhərində baş verib. Plyavat Harikin bütün boş vaxtlarını tətildə kompüter oyunları oynayaraq keçiribi. O, hətta küçəyə belə çıxmayıb. P.Harikin valideynlərinin sözlərini də qulaqardına vurub.

Səhər uşağın atası Jaranvit otağına girəndə oğlunun kompüter masası yaxınlığında yerdə uzandığını görüb. Kişi oğlanın yuxuya getdiyini düşünərək onu oyatmağa çalışıb. Bu zaman Harikin öldüyü bilinib.