-
- 8-12-2018, 10:55
- 909
Məsut Özilin zədəsinin bərpasına kompüter oyununa aludəçiliyi mane olur - VİDEO
İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özilin kürəyindəki zədəni hələ də sağalda bilməməsinin səbəbi müəyyənləşib.
Almaniya millisinin sabiq yarımmüdafiəçisi sonuncu dəfə oktyabrın 4-də Bakıda "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin II tur matçında meydana çıxıb.
Həmin vaxt zədələnən 30 yaşlı oyunçunun "Fortnite" kompüter oyununun aludəçisi olduğu üzə çıxıb. Bildirilir ki, lazımınca istirahət edə bilməməsi onun yenidən rəqabətədavamlı futbolçuya çevrilməsinə mane olur. Özilin hər gün orta hesabla 5 saatını bu oyuna həsr etdiyi məlum olub. Son hesablamalara əsasən, türk əsilli futbolçu artıq 5221 oyunda iştirak edib.
"Bild" nəşri məsələ ilə əlaqədar həkimlə məsləhətləşib. Həkim bu oyundan asılılığın "Arsenal"ın yarımmüdafiəçisinin meydana qayıdışını ləngidəcəyini təsdiqləyib.
Qeyd edək ki, Məsut Özil 2018-ci il dünya çempionatından sonra Almaniyada irqçi münasibətlə üzləşdiyini əsas gətirərək milli komanda karyerasını başa vurub.
//Report