-
- 10-02-2019, 10:35
- 908
Əfqanıstanda professor yüzlərlə tələbəni İŞİD-ə cəlb edib - VİDEO
Kabil universitetlərindən birində müəllim kimi fəaliyyət göstərən şəxs tələbələri İŞİD terror qruplaşmasının sıralarına cəlb etməkdə ittiham edilərək yerli kəşfiyyat orqanları tərəfindən saxlanılıb.
Bu barədə ölkənin Milli Təhlükəsizlik Direktoratı (NDS) məlumat yayıb.
"Milli Təhlükəsizlik Direktoratının təhlükəsizlik xidmətləri Kabilin 5-ci rayonu ərazisində insanları İŞİD terrorçu qrupuna cəlb etmək üzrə məsul olan şəxsin tutulması üçün əməliyyat keçirib. Şeyx Məhəmməd Ruhani məscidinin imamı və universitet professoru Əbu Abdulla Mütəvəkkil gənc insanları İŞİD-ə cəlb edib", - deyə Əfqanıstan kəşfiyyatının rəsmi "Facebook" səhifəsinə yerləşdirilən bəyanatda bildirilir.
Kəşfiyyatın məlumatına görə, Mütəvəkkilin hesabında yüzlərlə cəlb edilən tələbə var ki, onlar İŞİD-in Nanqarhar əyalətindəki bölməsinə göndəriliblər.
Kəşfiyyat orqanları professorun 16 tələbəsini terrorçuluq və hökumət əleyhinə fəaliyyətə görə yaxalamaq müvəffəq olub.