"Eurovision" təmsilçimiz Amerikada fəhləlik edir
    • 6-11-2019, 14:45
    • 1 246

"Eurovision" təmsilçimiz Amerikada fəhləlik edir

ATV-də yayımlanan "Şou ATV" verilişinin növbəti buraxılışında gözlənilməz açıqlamalar səsləndirilib.

News24.az 
xəbər verir ki, verilişdə qonaq qismində iştirak edən Əməkdar artist Aybəniz Haşımova "Eurovision-2013" təmsilçimiz Fərid Məmmədovun ölkədən getməsinin səbəbini açıqlayıb: "Mənim Fərid Məmmədov kimi mükəmməl istedada malik tələbəm ölkədən getməməli idi. O, elə birinci idi. Onu kimlər küsdürdü? Mənim uşağımı bezdirdilər. Beş yaşından sənətə canını qoydu, dövlət ona etimad bəslədi, "Eurovision" müsabiqəsinə getdi. Öz gücünə ikinci oldu. Birinciyə layiq idi. Ömrümün 20 ilini Fəridlərə həsr etdim. Mənim uşağım gedib Amerikada fəhləlik edir, zülm çəkir. Televiziyalardan soruşmaq istəyirəm ki, niyə o, gedib kuryer çalışır?"

Sevda Bayramova