-
- 27-08-2018, 12:41
- 1 103
Füzulidə 15 yaşlı oğlanın qətlinin təfərrüatı: “Kimin nə ağlına gələrdi ki...”
Füzuli rayonunda fermada 15 yaşlı oğlanın qətlinin təfərrüatı məlum olub.
Rayonun böyük Bəhmənli kənd sakinlərinin verdiyi məlumata görə, 15 yaşlı Tumas Musayevi öldürən Əli Məmmədov ruhi xəstədir:
"Əli Məmmədovun anası xəstə idi. Gözləri görmürdü. Ailədə 6 uşaqdır, iki qardaş, 4 bacı. Anası rəhmətə gedəndən sonra uşaqlar başsız qaldı. Ata da gedib başqa bir qadınla evləndi. Ondan sonra uşaqlar pərən-pərən düşdü. Əli qəsəbədə yaşayırdı, bəzən aylarla görünmürdü. Kimin nə ağlına gələrdi ki, bu adam öldürər. Tuması öldürəndən sonra qaçıb gizlənib. Onun bu hərəkəti hamını şoka salıb. Hamı onu ruhi xəstə kimi tanıyırıq”.
//AzNews.az