Xəstə ana oğlunun cəsədini evdə gizlətdi
    • 29-03-2019, 12:08
    • 1 158

Xəstə ana oğlunun cəsədini evdə gizlətdi

Ruhi xəstə ana ölmüş oğlunun cəsədini 1 ay evdə saxlayıb.

News24.az
xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib. Ana 28 yaşlı oğlunun ölümü ilə bağlı heç kimə məlumat verməyərək, onun cəsədini gizlədib. Onun öldüyü iş yoldaşlarının polisə xəbər verməsindən sonra bəlli olub.

Uzun müddət işə gəlmədiyini görən oğlanın iş yoldaşları narahat olaraq, evlərinə telefon açsalar da, cavab verən olmayıb. Bundan sonra onlar polisə müraciət ediblər. Qadın evə gələn polislərə qapını açmayaraq, onlarla danışmaqdan boyun qaçırıb. Ertəsi gün sahə müvəkkili və polislər evin qapısını açmalı olublar. Evə daxil olarkən oğlanın pis vəziyyətə düşmüş cəsədini görüb, təcili yardım çağırıblar. Daha sonra ruhi xəstə olan ana psixi dispanserə yerləşdirilib.

Oğlanın ölüm səbəbini dəqiqləşdirmək mümkün olmayıb.