Gələcəkdə insan yalnız BEYİNDƏN ibarət olacaq
    • 6-11-2019, 22:30
    • 1 009

Gələcəkdə insan yalnız BEYİNDƏN ibarət olacaq

Çin alimləri aydınlaşdırmışlar ki, insanların fiziki qabiliyyətləri durmadan deqradasiyaya uğrayır. Qədim dövrlərdə insan gün ərzində 50 kilometr piyada, 500 kilometr at belində məsafə qət edirdisə, hazırda belə məsafələrin öhdəsindən yalnız tək-tək idmançılar gələ bilir.

News24.az xəbər verir ki, insanların fiziki qabiliyyətlərinin zəifləməsinin səbəbi yüksək texnologiyaların inkişafı ilə bağlıdır. Texnologiyalar inkişaf etdikcə, insanlar bir çox qabiliyyətlərini itirir.
Məsələn, insanın yalnız yaxını görə bilmək qüsuru gələcəkdə normaya çevrilə bilər. Çünki zaman keçdikcə insanlar yalnız yaxına baxmaqla kifayətlənəcəklər və sələflərinin nə vaxtsa itibaxışlı olduqlarını unudacaqlar. “Sun Microsystems” şirkətinin aparıcı elmi əməkdaşı Bill Coy hələ 2000-ci ilin aprelində “Wired” jurnalında dərc olunmuş “Gələcəyin nə üçün bizə ehtiyacı yoxdur?” sərlövhəli məqaləsində yazırdı: “XXI əsrdə ən güclü texnologiyalarımız – robot texnikası, gen mühəndisliyi və nanotexnologiyalar insanların ölməkdə olan nəslə çevrilməsi təhlükəsini yaradır”.
Çinlilər ehtiyat edirlər ki, texnologiyaların sürətlə inkişaf etməsi “Matritsa” filminin süjetini reallığa çevirəcəkdir. İnsanlar öz talelərini bütünlüklə informatika və texnologiyaların ixtiyarına verəcək, kompyuterin virtual aləmindən ayrılmayacaqlar. Bəşər övladı o qədər deqradasiya edəcək ki, yeganə işlək orqanı beyni olacaqdır. Qalanları həyat qabiliyyətini itirəcək, beyini isə kompyuter idarə edəcəkdir.