İnsanların qeyri-adi qorxuları
    • 13-09-2018, 14:00
    • 1 030

İnsanların qeyri-adi qorxuları

Kökü Yunan mifologiyasından gələn “fobi” sözü bir şeyə qarşı hiss edilən qorxu mənasını  verir.

News24.az xəbər verir ki, psixoloqların araşadırmalarına görə yer üzündə 400-dən çox fobi var. Ən maraqlılarını sizə təqdim edirik.

1.Çölə çıxmaq qorxusu (Agoraphobia)- Cəmiyyət içərisində olmaq, evdən çölə çıxmaq qorxusudur.Belə qorxusu olan insanlar məcbur çölə çıxarıldıqda belə ağlamağa başlayırlar və vəziyyətləri pisləşir. Çöldə başlarına pis hadisə gələcəyini düşünərlər.

2.Yemək bişirmə qorxusu (Mageirocophobia)- Bu qorxunu yaşayan insanlar,yemək bişirən birisini görən  zaman,onun qədər bacarmadığı üçün,yemək bişirməyə qarşı qorxu yaranır

3.Qaynana qorxusu (Pentherafobi)-Yəqinki evli olan insanların əksəriyyəti bu qorxunu yaşamışdır. Həqiqi mənada bu qorxunu yaşayan insanlar var ki,əlacı boşanmaqda görürlər.

4.Yalnız qalma qorxusu (Monophobia)- Bu qorxu insanların özlərinə güvənməməsi nəticəsində yaranır.Bu qorxu ən çox yetkinlik yaşına çatmamış oğlanlarda və qızlarda görünür. Ən pis halda isə bu qorxusu olan insan tək qalan zaman özünə zərər verir.

5.Telefondan uzaq qalma qorxusu (Nomofobi)-Dövrün  yeni qoruxusudur. Araşdırmalar görə insanlar telefonları sönən zaman,konturları bitən zaman və.s böyük qorxuya düşürlər.Hazırda bu qorxunun bir çox insanda olduğu bilinir.