Təzyiqi olanlar SU içsin!
    • 6-11-2019, 23:55
    • 839

Təzyiqi olanlar SU içsin!

Alimlər aydınlaşdırıblar ki, su təkcə susuzluğu yatırmır. O, həm də orqanizmi fəal saxlamağa, qan təzyiqini tənzimləməyə qadirdir. Devid Robertson Vanderbilt Universitetinin Tibb Mərkəzindən olan həmkarları ilə birlikdə barorefleksi (təzyiqi normada saxlayan refleks) itirmiş xəstələrin timsalında suyun orqanizmə təsiri məsələsini 10 il ərzində öyrənib.
Su simpatik sinir sisteminin fəaliyyətini
sürətləndirir.
Simpatik sinir sistemi onurğa beyində yerləşən mərkəzi və bir-biri ilə birləşmiş çoxsaylı sinir qolları və düyünlərindən ibarət periferik sinir sistemlərinə ayrılır. Fəallığı, qan təzyiqini və enerji sərfini də artıran məhz simpatik sinir sistemidir.
Qızıl Xaç Cəmiyyətinin ABŞ bölməsi öz növbəsində müəyyən edib ki, qan verməzdən əvvəl yarım litr su içən adamlarda bayılmaq riski 20 faiz azalır. Su simtapik sinir sisteminin fəallığını və deməli, enerji sərfini artırdığı üçün çəkinin azalmasını da təmin edir.