"Gözünüz aydın" - MÜMKÜN OLACAQ
    • 4-05-2020, 20:50
    • 781

"Gözünüz aydın" - MÜMKÜN OLACAQ

Şizofreniyanı müalicə etmək mümkün olacaq.

News24.az “Science” saytına istinadən xəbər verir ki, bu barədə yaponiyalı alimlər məlumat yayıblar. Tədqiqatçılar bu qənaətə gəliblər ki, şizofreniya beyinin ağ maddəsində yağ molekullarının çatışmazlığı ilə bağlıdır: Bu molekullar mərkəzi sinir sisteminin fəaliyyətində və sinir impulslarının ötürülməsində mühüm rol oynayan oliqodendrositlərin yaranmasına təkan verir. Molekulların azalması insanlarda hallüsinasiya və reallıqdan qopma kimi fəsadlar yaradır”.

Onların iddiasına görə, məhz bu səbəbdən xəstəliyinin müalicəsində indiyədək effektiv nəticə əldə etmək mümkün olmayıb.