-
- 11-10-2019, 01:55
- 834
Yuxu beynin enerji toplamasına kömək edir!
Harvard Tibb Məktəbi tədqiqatçılarının gəldikləri qənaətə görə, yuxunun ilk fazalarında beynin ayıq vaxtı fəal olan şöbələri kimyəvi enerji ehtiyatlarını sürətlə bərpa edir. Bu enerji sonrakı fazalarda bərpa proseslərinə sərf olunur.
News24.az xəbər verir ki, yaxşı yuxunun bərpaedici xüsusiyyətləri təkcə alimlərə deyil, istisnasız olaraq hamımıza yaxşı məlumdur. Lakin baş beyində gedən bioloji proseslər barədə informasiya hələ də tam deyildir.Alimlər baş beynin fəaliyyət aspektlərindən birini aydınlaşdırmaq üçün siçovulların baş beynində adenozintrifosfatın (ATF) - orqanizmin bütün hüceyrələrində enerji ehtiyatı toplamaq funksiyasını yerinə yetirən kimyəvi birləşmənin səviyyəsini ölçmüş və aydınlaşdırmışlar ki, baş beynin ayıq vaxtı daha fəal olan şöbələrində ATF-in konsentrasiyası gəmiricilərin yuxusunun ilk fazasında xeyli artır, baş beynin fəallığı isə bütövlükdə azalır.
Gəmiricilər yuxudan ayılanda ATF-in səviyyəsi ilkin hala qayıdır, ayıq vaxtı isə heç bir dəyişiklik baş vermir. Siçovulları 3-6 saat müddətinə yuxudan məcburi surətdə məhrum etdikdə isə ATF-in səviyyəsində artım müşahidə olunmur.
Alimlərin fikrincə, yuxunun birinci yarısında toplanan enerji sonradan bərpa proseslərinə sərf olunur. Bu proses ayıq vaxtı mümkün deyildir, çünki sinir hüceyrələri onsuz da öz funksiyalarını yerinə yetirmək üçün xeyli enerji itirir.