-
- 7-11-2019, 18:04
- 1 060
Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır
Dəmir yollarında təhlükəsizlik məqsədilə yeni yoldəyişənlər quraşdırılır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən News24.az-a verilən məlumata görə, dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlərin qoyuluşu davam edir.
Hərəkətin təhlükəsizliyi baxımından mühüm hesab edilən qurğuların təzələnməsinə bu ilin avqustunda başlanılıb. Bu günə qədər 81 yoldəyişən qurğu təzələnib. Onu da qeyd edək ki, Gəncə-Böyük Kəsik istiqamətində hərəkətin təhlükəsizliyinin təmin olunması və sürət həddinin artırılması məqsədilə 156 yoldəyişənin yenilənməsi nəzərdə tutulub.
Hazırda Ağstafa və Zəyəm stansiyalarında da 15 yoldəyişənin təzələnməsi işləri aparılır. Yenilənmə işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri həyata keçirir.