Azərbaycanlı hamilə qadın Türkiyədə qəzaya düşdü
    • 7-11-2019, 20:00
    • 728

Azərbaycanlı hamilə qadın Türkiyədə qəzaya düşdü

Türkiyənin Manisa şəhərində azərbaycanlı qadın yol qəzası nəticəsində xəsarət alıb.


News24.az xəbər verir ki, qəza bu gün günorta saatlarında baş verib. Həsən Arslan adlı şəxsin idarə etdiyi avtomobil Səma Dumanlının idarə etdiyi 3 təkərli elektrikli velosipedlə toqquşub. Nəticədə velosipeddə olan sərnişin - 3 aylıq hamilə Sonaxanım Məmmədova xəsarət alıb.


Yaxınlıqda olan vətəndaşlar təcili yardım çağırıblar. Soydaşımız xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.