Meyxanaçı Vüqarın 144 min manat udması ilə bağlı — TOPAZ-dan RƏSMİ AÇIQLAMA
    • 7-11-2019, 21:00
    • 1 069

Meyxanaçı Vüqarın 144 min manat udması ilə bağlı — TOPAZ-dan RƏSMİ AÇIQLAMA

Bu gün mediada meyxanaçı Vüqar Əbdülovun “Topaz” mərc oyunlarında 144 min manat pul udduğu haqqda xəbər yayılıb.


News24.az redaktor.az-a istinadən xəbər verir ki, meyxanaçının ötən gün "Çempionlar liqası"nın qrup mərhələsi çərçivəsində baş tutan "Real Madrid" - "Qalatasaray" matçına mərc etdiyi deyilir. O, İspaniya komandasının 6:0 hesabı ilə qələbə qazanmağına 3000 manat pul qoyub.


Əmsalı 48 olan bu təxminin doğru çıxdığına görə meyxanaçı 144 min manat pul qazanıb.


Məsələ ilə bağlı “Topaz” brendinin məxsus olduğu  "Azerinteltek” şirkəti ilə əlaqə saxladıq. Şirkətin rəsmisi Lalə Novruzova bildirib ki, onlarda belə məlumat yoxdur:


“Uduşları mən qəbul edirəm. Hələ ki, bizə belə uduş təqdim edilməyib. Bilirsiniz, keçən ay bizə 4 manata 250 min manat uduşu olan kupon daxil olmuşdu”.


Qeyd edək ki, məsələ ilə bağlı meyxanaçı ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, o, suallarımıza cavab verməkdən imtina etdi.