Ad günündə dostunu öldürdü
    • 7-11-2019, 21:38
    • 574

Ad günündə dostunu öldürdü

Ağcəbədi rayonunda qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, rayon sakini Cavid Quliyev ad günü məclisində dostu Kərim Sultanovu bıçaqlayıb. Bir neçə bıçaq xəsarəti alan K. Sultanov rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı  rayon prokurorluğunda  araşdırma aparılır.