Sumqayıtda dəhşətli qəza - Bir ailədən 3 nəfər xəsarət aldı
    • 8-11-2019, 18:59
    • 1 041

Sumqayıtda dəhşətli qəza - Bir ailədən 3 nəfər xəsarət aldı

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhər ərazisində iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1990-cı il təvəllüdlü Axundzadə Arzu Nurəddin oğlu, 2014-cü il təvəllüdlü Axundzadə Hüseyn Cavid oğlu və onun bacısı, 2012-ci il təvəllüdlü Axundzadə Fatimə Cavid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.