-
- 9-11-2019, 01:15
- 963
Lalə Şövkətin siyasi karyerasına son qoyması ilə bağlı - AÇIQLAMA
Keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyevanın bu gün 68 yaşı tamam olur. Lalə Şövkət uzun müddətdir siyasətdən və mətbuatdan uzaqdır.
News24.az xəbər verir ki, Lalə Şövkətin yaxın silahdaşı, ALP sədri Əvəz Temirxan Modern.az-a açıalamasında liderinin siyasətdən tamamilə çəkildiyini düşünmür.
Əvəz Temirxan bildirib ki, Lalə Şövkət mətbuat və aktiv siyasətlə məsafə saxlayır, ad gününü isə qeyd etməyi sevmir.
“Lalə xanım ad gününü qeyd etməyi sevmir. Ya yığcam şəkildə öz ailə üzvləri ilə bərabər qeyd edir, ya da ümumiyyətlə qeyd etmir. Lalə Şövkət mətbuatdan uzaqdır, siyasətdən yox. Daha doğrusu Lalə xanım aktiv siyasətlə bir qədər məsafə saxlayır. Fərdi qaydada siyasətlə məşğuldur, hazırda Bakıda yaşayır”.