Hindistan Ali Məhkəməsinin qərarı Ayodyada torpaq mülkiyyətini MÜƏYYƏNLƏŞDİRMƏK ÜÇÜNDÜR
    • 9-11-2019, 16:32
    • 803

Hindistan Ali Məhkəməsinin qərarı Ayodyada torpaq mülkiyyətini MÜƏYYƏNLƏŞDİRMƏK ÜÇÜNDÜR

Hindistanın Ali Məhkəməsinin Ayodyadakı torpaq iddiası ilə bağlı 9 noyabr, 2019-cu il tarixli qərarı tərəflər arasında 1950-ci ildə başlayan uzunmüddətli mübahisənin yekunlaşmasına səbəb olub.

Hindistan səfirliyindən News24.az-a verilən məlumata görə, qərar yalnız torpaq mülkiyyətini müəyyənləşdirmək üçündür. Ali Məhkəmənin 5 hakim üzvü qərarı inama deyil, qanuna əsaslandırıb. Ali Məhkəmə ixtiyar hüququnu Ram Lala Virajmana verərək digər tərəfə, Sünni Vəqf Qurumuna Ayodyada məscid tikilməsi üçün 5 akr torpaq ayrılması barədə Hökümətə göstəriş verib.

Mübahisənin tarixi 17-ci və 18-ci əsrlərə gedib çıxır və Hindistanın müstəqillik əldə etməsindən əvvəl Britaniya müstəmləkə höküməti nəzdindində fəaliyyət göstərən rayon məhkəmələrinə bu barədə ərizələrin verilməsini göstərən hüquqi faktlar mövcuddur. Qərarın qəbul edilməsinə qədərki proses müddətində, Hindistan Ali Məhkəməsi, Hindistanın Arxeoloji Tədqiqatlar mərkəzinin apardığı təhqiqat və qazıntı işləri üzrə hesabat, tarixi faktlar və İngiltərə müstəmləkə dövrünə aid hökümət qeydləri də daxil olmaqla bütün iddiaçıların təqdim etdiyi sübutları nəzərdən keçirib.

Hindistan Konstitusiyası bütün dini icmaların bərabər inam, etiqad və ibadət azadlıqlarına təminat verir. Hindistan güclü və müstəqil məhkəmə sisteminə malikdir və Ayodyadakı torpaqla əlaqədar Ali Məhkəmənin qərarının hər hansı digər gələcək iddia üçün presedent olma ehtimalı yoxdur, çünki 15 avqust 1947-ci ildə (Hindistanın müstəqilliyi) mövcud olan ibadət yerinin dini və məzhəblə bağlı xüsusiyyətində hər hansı bir dəyişikliyi qadağan edən Parlament aktı mövcuddur.