Vergilər naziri Hindistanın səfiri ilə görüşüb
    • 18-04-2019, 11:44
    • 1 201

Vergilər naziri Hindistanın səfiri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb. 

Bu barədə News24.az-a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirliyin rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi və Azərbaycanla Hindistan arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.