Türkiyəli tanınmışlardan Azərbaycana Bayraq günü təbriki - VİDEO
    • 9-11-2019, 16:56
    • 1 682

Türkiyəli tanınmışlardan Azərbaycana Bayraq günü təbriki - VİDEO

9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü ölkəmizlə yanaşı bir çox xarici ölkələrdə də, təntənəli şəkildə qeyd olunur.

Bu özəl gün qardaş Türkiyədə xüsusi olaraq keçirilib. Türkiyənin tanınmış siyasi, ictimai xadimləri, sənət adamları 9 noyabr Bayraq Günü münasibətilə bir araya gələrək Azərbaycan xalqını təbrik edib.

News24.az-ın məlumatına görə, təbriklərin yer aldığı video “HaberGlobal”da yayımlanıb. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bayram təbrikini bu sözlərlə dilə gətirib: “Bir millət, iki dövlət” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımıza, həm də gələcək nəsillərə olan borcumuz və vəzifəmizdir. Çünki azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”.

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bu dəyərli təbrikə görə həmkarına dərin təşəkkürünü ifadə edib.

Sevda Bayramova