-
- 9-11-2019, 22:29
- 1 175
“Sərhədsiz muzey” - FOTOLAR
Dünən Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılış mərasimi keçirilib.
News24.az xəbər verir kix 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar təşkil olunan tədbiri giriş nitqi ilə muzeyin direktoru Şirin Məlikova açıb.
O, ölkəmizin ilk inklüziv muzeyi olan Azərbaycan Milli Xalça Muzeyində artıq görmə qabiliyyəti məhdud insanlar üçün eksponatlar barədə mətnlərin ikinci mərtəbədə də Brayl əlifbası ilə təqdim olunduğunu diqqətə çatdırıb. Həmçinin burada xovlu və xovsuz texnologiyanın birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antropomorf təsvirlər olan kiçik ölçülü xalça nümunələrinin nümayiş etdirildiyini bildirib. Şirin xanım bu nümunələrin muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən 9 ay müddətində hazırlandığını deyib. Görmə qabiliyyəti məhdud insanların həmin xalça növlərinin toxunuş müxtəlifliyini taktil (toxunma) üsulla duya bildiklərini vurğulayıb.
Direktor onu da qeyd edib ki, muzeyin birinci mərtəbəsində təqdim edilən eksponatlarla 2019-cu ilin əvvəlindən taktil üsulla, həmçinin Azərbaycan və ingilis dillərində xüsusi audioyazı və Brayl şrifti ilə hazırlanan yazılı materiallar vasitəsilə tanış olmaq mümkündür: “Eyni zamanda, həmin dövrdən etibarən muzeyin Ənənəvi texnologiya və Uşaq şöbələrinin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün ustad dərsləri keçirlər. Muzeyimizdə əlil arabalarının ekspozisiyada maneəsiz hərəkəti üçün də lazımi şərait var”.
Açılışda Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova, Dövlət Ermitaj Muzeyinin Qiymətli metalların bərpası laboratoriyasının rəhbəri Malkiel İqor Karloviç də çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
Sektor müdiri Nərgiz Abdullayeva Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirin fiziki məhdudiyyətli insanların ictimai-mədəni mühitdə bərabərliyinin təmin olunması, onlara psixoloji və mənəvi dəstək məqsədi daşıdığını bildirib. Nərgiz xanım xüsusi qayğıya ehtiyacı olan insanların daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu, onların mütəmadi şəkildə sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində məqsədyönlü, sistemli, kifayət qədər geniş, əhatəli layihə və proqramlar həyata keçirildiyini vurğulayıb. O, cəmiyyətin ən həssas təbəqəsini nəzərə alaraq, həyata keçirilən bu layihəni isə Azərbaycan Milli Xalça Muzeyinin növbəti uğuru kimi dəyərləndirib. Gələcəkdə ölkəmizdə fəaliyyət göstərən digər muzeylərin də bu təcrübədən yararlanmasının önəmini diqqətə çatdırıb.
Sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsi ilə tanış olublar.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi və “Gülsam” Əlillərin Reabilitasiya İctimai Birliyi birgə xeyriyyə məqsədli sərgi-satış yarmarkası keçirib. Yarmarkada birliyin üzvü olan fiziki məhdudiyyətli insanların əl işləri təqdim olunub.